Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

"Özütək sanır"Təranə Şəms

Özütək sanır

 

Dilinin altında gizlənmə daha,

Bükülüb, açılsan sən həmin osan!...

Kölgənin fonunda izlənmə daha,

Mümkünmü dəyişmək, sən həmin osan!...

 

Milçək də darışır iylənmiş ətə,

İstəyi nə isə xisləti odur.

Önünə qoysan da, qaymaqlı kətə

Dəyişməz, dəyişməz fitrəti odur.

 

Allahdan ətadır bu fitrət ona,

Aranı  qatmağa fürsət gözləyər.

Girsə də yüz cildə, biçimsiz dona,

Bir kölgə görünsə baxma göz dəyər.

 

Yalanı dilində ölçü-biçisiz,

Sözündə boyağın rəngləri çoxdur.

Önündə insanı özütək sanır,

Bilməz ki, yalana gözümüz toxdur.

 

Kəlmənin boyağı rəssamı sənsən,

Kiməsə tanıtmaq heç gərək deyil.

Tutulub, açılan dumanlı çənsən,

Öyünmə, öyünmə heç fərəh deyil...

 

 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam