Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

ŞƏKİLİ QIZ....

      

"Xeberinfo.com":   (Təranə Şəmsə həsr edilmiş ŞEİR..)

 

Şirin dildə baldan şirin dad olur,
Deyildikcə qəlbin, ruhun şad olur,
Kədər səndən uzaq düşür, yad olur.
Şəkili qız, danış heyran ləhcənə
Şirinlikdə bir dənəsən, birdənə!

 

Qəlbi buzdur hər kəs səni duymasa
Ciyim deycək qəşş eyləyib uymasa
Qınama gəl, kim sözündən doymasa
Vurulubdur bil ki, şirin ləhcənə
Şəkili qız, bir dənəsən , bir dənə!

 

Adam var ki, zarafatı, ət tökər
Boş danışar, edər səni dəngəsər.
Adam var ki, ağız açdı dür tökər
Sən nə desən yaraşıqdır ləhcənə
Şəkili qız, bir dənəsən, bir dənə!

 

Qavrovolu kimdir, gələ tən sənə
Çün veribdir, Hacı dayı dərs sənə
Damət deyər, agah olub bilsənə
Lətifədə yoxdu hələ tay sənə
Şəkili qız birdənəsən, bir dənə!

 

Həkim kardioloq..şair Damət Kərimli...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam