Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

“Bayraktar”ın yeni dronu bir ilkə imza atdı - FOTOLAR

 

Türkiyənin "Bayraktar” markalı dronlarının yeni modeli "AKINCI TİHA” pilotsuz uçuş aparatı daha bir sınaqdan uğurla keçib. 

Yenixeber.org: Türkiyə mətbuatı xəbər verir ki, böyük ölçülü dronun dünən baş tutan test uçuşunda bir ilkə imza atılıb. 

Belə ki, AKINCI TİHA zəmin idarəetmə stansiyası olmayan meydana tam avtonom şəkildə eniş-qalxış prosesini həyata keçirib.

Tekirdağın Çorlu bölgəsindən havaya qalxan dron 6 min metr yüksəklikdə süzüb və daha sonra başqa bir meydançaya avtomotik şəkildə enib.

Sınaq prosesinə "Bayraktar”ların yaradıcısı Selçuk Bayraktar şəxsən özü nəzarət edib.

Qeyd edək ki, hazırda Dağlıq Qarabağda da Türkiyənin "Bayraktar”ları Azərbaycan ordusunun zəfər yürüşünə xüsusi rəng qatır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam