Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ali məktəbələrə -qəbul imtahanlarının vaxtı açıqlandı

Ali məktəbələrə qəbul imtahanlarının vaxtı açıqlandı

"Azərbaycanın ali təhsil müəssisələrinə qəbul imtahanının birinci mərhələsinin may ayında keçirilməsi nəzərdə tutulur".

Yenixeber.org: Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yanvarın 29-da keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, tədrisi Azərbaycan dilindən fərqli dildə aparan ümumtəhsil məktəblərinin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı (1-ci şans) da may ayında olacaq.

DİM sədri deyib ki, may ayında həmçinin dövlət qulluğuna qəbul imtahanın test mərhələsi və rezidenturaya qəbul imtahanı (1-ci mərhələ, 1-ci şans) da keçiriləcək: “May-iyun ayları ərzində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının da olması planlaşdırılır. Dövlət qulluğuna qəbul imtahanın test mərhələsi və ali məktəblərə qəbul imtahanı (2-ci şans) iyun ayında olması nəzərdə tutulur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam