Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Qondarma qurumun Rusiyadakı “nümayəndəliyi” bağlanır? -Sarqsyanın kürəkəni “həyəcan təbili” çalır

Nikol Paşinyanın ən qatı tənqidçilərindən biri, Ermənistanın Vatikandakı sabiq səfiri və sabiq prezident Serj Sarqsyanın kürəkəni Mikael Minasyan öz sosial şəbəkə səhifəsində yaydığı növbəti məlumatda Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında əldə olunan bir şifahi razılaşmadan söz açıb.

 Yenixeber.org: Erməni mətbuatının xüsusi diqqət ayırdığı həmin məlumatda iki ölkə başçısının qondarma “Dağlıq Qarabağ Respublikası”-nın Moskvadakı “rəsmi nümayəndəliyi”nin bağlanmasına dair razılıq əldə etdiyi bildirilir: “Az adam bilir ki, Nikolla İlham Əliyevin şifahi razılığına görə, “artsax”-ın (Dağlıq Qarabağ-red.) Rusiyadakı nümayəndəliyi bağlanır. Bu, bizim qələbənin düşmənə verilməsi, onun tələblərinin şərtsiz olaraq yerinə yetirilməsi siyasətinin davamıdır...”

Ermənistanın axtarışa verdiyi və korrupsiya da daxil olmaqla, bir çox cinayətlərdə günahlandırılan Minasyan növbəti dəfə Paşinyanı və onun hökumət üzvlərini “Türkiyə və Azərbaycanın agentlərindən ibarət cinayətkar dəstə” adlandıraraq, onları Ermənistanın dövlət maraqlarını satmaqda ittiham edib. Xatırladaq ki, bundan bir neçə gün öncə, Ermənistanın dövlət strukturlarında informasiya mənbələri olduğu şübhə doğurmayan Minasyan Qarabağdakı bütün erməni hərbi birləşmələrinin buraxılacağına dair məlumat yaymışdı.(azpolitika)

Cəlal


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam