Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

MEMATT bütün sınaqlardan uğurla çıxdı-FOTO

 

Türkiyə Milli Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən ASFAT tərəfindən istehsal olunan Mexaniki Mina Təmizləmə Təchizatı (MEMATT) Azərbaycanda bütün sınaqlardan keçib.
 Yenixeber.org: Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Bakı yaxınlığındakı təlim meydançasında aparılan sınaqda MEMATT sahəyə qoyulmuş bütün minaları məhv etməyə müvəffəq olub və Azərbaycan səlahiyyətliləri tərəfindən təqdir edilib. Mühəndis-İstehkam Xidmətinin rəisi, general-mayor Anar Kərimov və ASFAT rəsmiləri ilk ixracatı Azərbaycana edilən MEMATT-ın sınaq və təlim fəaliyyətlərini izləyiblər.

Testlərdən sonra texnikalardan istifadə edəcək personala sertifikatlar təqdim edilib.

“ASFAT tərəfindən Türkiyədə yerli və milli imkanlarla istehsal olunan ilk və yeganə mexaniki minatəmizləmə vasitəsi Azərbaycanın işğaldan qurtardığı torpaqlarında Ermənistanın qoyduğu minaların təmizlənməsi üçün istifadə ediləcək.

MEMATT minalanmış əraziləri daha sürətli və daha effektiv təmizlədiyi kimi, böyük miqdarda partlayıcı maddəyə qarşı müqaviməti ilə dünyadakı digər avadanlıqlardan üstündür", - deyə məlumatda deyilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam