Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Avropa İttifaqı hərbi konsepsiya qəbul edəcək-İlk dəfə

Avropa İttifaqına (Aİ) üzv ölkələrin rəhbərləri təşkilatın “Strateji kompas” adlı ilk hərbi konsepsiya sənədi üzərində çalışmaları sürətləndirmək niyyətindədir.

Yenixeber.org: Avropa İttifaqı Şurası üzvlərinin bugünkü bəyanatında müdafiə və təhlükəsizlik sahəsində NATO ilə hərtərəfli əməkdaşlığa davam edərək BMT və əsas regional tərəfdaşlarla əlaqələri gücləndirmək, habelə ABŞ-ın yeni administrasiyası ilə sözügedən sahədə dialoqu da nəzərdə tutan “güclü və iddialı” trans-Atlantik gündəmə dair əməkdaşlıq qurmaq niyyəti ifadə olunur.

Bununla yanaşı, sənəddə qeyd olunur:

“Yüksək nümayəndə (Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə yüksək nümayəndəsi – red.) təhlükəsizlik və müdafiə ilə bağlı Aİ səviyyəli iddiaları daha da irəli aparmaqda bələdçi olan Strateji Kompas istiqamətində səyləri davam etdirməyi təklif edib. Biz də Yüksək Nümayəndəyə Aİ-nin bütün alətlərini işə salaraq üzv dövlətlərlə birgə Strateji Kompasla bağlı işləri irəli apararaq 2022-ci ilin mart ayınadək başa çatdırmağı tapşırdıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam