Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İmişlidə kütləvi etiraz gözlənilir-SƏBƏB+FOTOLAR

 

İmişli rayonunun Bəcirəvan kəndinin bir qrup sakini yenixeber.org-a müraciət ünvanlayıb. Müraciətdə Araz çayının Bəcirəvan kəndindən keçən hissəsində qum karxanasının bəlli qaydalardan kənar, qanunazidd şəkildə istismarından, adı qırmızı kitaba düşmüş ağacların məhv edilməsindən və iri tonajlı nəqliyyat vasitələrinin kəndin əkin sahələrini və asfalt örtüyünü məhv etməsindən bəhs olunur. Bildirilir ki, bu özbaşınalıqları həyata keçirən “AZE” MMC-nin rayonun Səmədli kəndi ərazisində başqa bir karxanası da var və eyni etirazlar o kənddə də müşahidə olunur...

Kənd sakinlərinin iddiasına görə bu karxanalar əslən İmişli rayonundan olan yüksək çinli bir məmura məxsusdur. (Hələlik həmən məmurun adının açıqlanmasını uyğun bilmirik.Red.) Müraciətdə indiyədək hüquq-mühafizə orqanlarına, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və İmişli Rayon İcra Hakimiyyətinə şikayət edildiyi və nəticənin olmadığı da yer alır. (Bu yazışmaların və digər sənədlərin surəti də müraciətə əlavə olunub) Artıq vəziyyətin dözülməz olduğunu bildirən bəcirəvanlıların bu gün günorta saatlarında karxanaya aparan-kəndin əsas yolunu bağlayacaqları gözlənilir...Bəcirəvan kənd sakini Nurullayev Əlikömək bununla bağlı İmişli Rayon Polis Şöbəsini məlumatlandırdıqlarını da bildirdi.

Mövzu diqqətimizdədir, aidiyyatı tərəflərin də mövqeyini öyrənməklə geniş yazı hazırlamağa çalışacağıq.(yenixeber.org)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                    


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam