Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Kəmaləddin Heydərovun Azərbaycanda ov edən ərəblərlə görüntüləri yayıldı –“Bəs, tanımırdı?” (FOTOLAR)

 “Mənim Azərbaycanda qanunsuz ovla məşğul olduğu deyilən ərəblərlə hər hansı tanışlığım yoxdur, onları tanımıram. Bu mənim haqqımda yazılan növbəti uydurma xəbərlərdən biridir”.

Yenixeber.org: Bu sözləri ötən gün fövqəladə hallar naziri Kəmaləddin Heydərov Azərbaycanda qanunsuz ov edən ərəblərin onun qonaqları olması barədə iddiaları cavablandırarkən demişdi.

Kamaləddin Heydərovun məlum açıqlamasının üstündən heç 24 saat keçməmiş sosial şəbəkələrdə onun dünənki açıqlamasını təkzib edən fotolar yayılıb.

Araşdırmaçı jurnalist Cavanşir Həsənlinin son paylaşımında Qax rayonunun Acınohur ərazisində qanunsuz ov edən ərəblərlə illər öncə çəkdirdiyi fotolar yer alıb.

Jurnalist paylaşımında yazıb: “Bunlar 2015-də gəlib, yeyib, doyub, gedən ərəblərdir. Ərəblərin yanındakı başqa Kəmaləddin müəllimdir”.

Həmin fotoları təqdim edirik:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam