Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Bayden generalları dinlədi-əksinə qərar verdi

 

ABŞ Prezidenti Cozef Bayden amerikalı generalların Əfqanıstandan qoşunların çıxarılması ilə bağlı tövsiyələrinə məhəl qoymayıb.

Yenixeber.org: Bu barədə "The Wall Street Journal" məlumat yayıb. Nəşrin mənbələri bildirir ki, yüksək hərbi komandanlıq ABŞ qoşunlarının geri çəkilməsinin ölkədəki təhlükəsizliyi poza biləcəyindən qorxur. Xüsusilə ABŞ Baş Qərargah rəisi general Mark Milley, ABŞ Silahlı Qüvvələrin Mərkəzi Komandanlığının başçısı Kennet Makkenzi, Əfqanıstandakı ABŞ və NATO qüvvələrinin komandanı general-leytenant Skott Miller qoşunların Əfqanıstanda qalmasının tərəfdarıdır.

Mənbələrə görə, Bayden hərbçiləri dinləsə də, bunun əksinə qərar verib.

Qeyd edək ki, Cozef Bayden ABŞ qoşunlarının 1 may-11 sentyabr tarixlərində Əfqanıstandan çıxarılmasını təsdiqləyib. Oxşar qərar NATO ölkələri və Böyük Britaniya tərəfindən də verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam