Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Minasyan “Anti-Nikol” hərəkatına başladı

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın kürəkəni, Vatikandakı keçmiş səfir Mikael Minasyan “Anti-Nikol” hərəkatı yaratdığını elan edib.
Yenixeber.org: Bu barədə o, “Facebook” hesabında yazıb.

Minasyan bildirib ki, hərəkatın məqsədi baş nazir vəzifəsini icra edən Nikol Paşinyanı devirməkdir. Minasyan, Paşinyanın təşkil etdiyi səsvermənin vəziyyətdən çıxış yolu olmayacağını, buna görə də özü və komandasının erkən parlament seçkilərində iştirak etməyəcəyini bildirib.

Sabiq erməni səfir deyib ki, vəzifəsi vətəndaşlara Paşinyan seçərək ölümü seçdiklərini və övladlarını gələcəkdən, vətənlərindən məhrum etdiklərini izah etməkdir.

"Bu gün biz anti-Nikol hərəkatına başlayırıq. Bunun bir məqsədi var – Nikolun ölkə üçün fəlakət olduğunu izah etmək. Hərəkat siyasi qüvvələrin heç birinə dəstək verməyəcək, hər hansı blokun bir hissəsi olmayacaq. Ermənistanın Nikol ilə gələcəyi yoxdur, qardaşlarımızı öldürən, anaları oğullarından, qadınları ərlərindən, uşaqları atalarından məhrum edən o idi".

Minasyana görə, hərəkat seçki kampaniyası xaricində olacaq, Paşinyanı pislərin ən pis hesab edənlərin hamısını cəlb edəcək. Hərəkatın lideri olmayacaq, siyasi ambisiyalar irəli sürülməyəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam