Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İranda prezident seçkiləri keçirilir

 

İranda prezident seçkiləri keçirilir

Səsvermə hüququna malik iranlıların ümumi sayı 52 milyon 310 min nəfər təşkil edir

Yenixeber.org: Bu gün İranda prezident seçkiləri keçirilir. Səsvermə yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə saat 06:30-da-red.) başlayıb. Seçkilər günü respublika ərazisində 66,8 minə yaxın seçki məntəqəsi açılıb.

İran vətəndaşları, həmçinin 133 dünya ölkəsinin 234 seçki məntəqəsində səs verə biləcək. Səsvermə hüququna malik iranlıların ümumi sayı 52 milyon 310 min nəfər təşkil edir.

Çərşənbə günü Məclisin (parlament) Qum şəhərindən olan deputatı Alireza Zakani, keçmiş vitse-prezident Mohsen Mehrəlizadə və Ali Milli Təhlükəsizlik Şurasının eks-katibi Səid Cəlili namizədliklərini geri götürdüklərini açıqlayıb. Dövlət başçısı postu uğrunda Qəbul edilən qərarların məqsədəuyğunluğu üzrə Şuranın katibi Möhsün Rezai, Ali Məhkəmənin sədri İbrahim Rəisi, parlament sədrinin müavini Əmirhüseyn Qazizadə Haşimi və Mərkəzi Bankın sabiq rəhbəri Əbdünnasir Himməti  mübarizəni davam etdirirlər. 

İranın indiki prezidenti Həsən Ruhani bu posta ardıcılı olaraq iki dəfə seçildiyindən öz namizədliyini irəli sürə bilməz.(TASS)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam