Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Rusiya işğalına qarşı adekvat addımlar: Zelenski Consonla razılaşdı

Rusiya işğalına qarşı adekvat addımlar: Zelenski Consonla razılaşdı

 

      Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniya Baş naziri Boris Consonla görüşüb.

Yenixeber.org: Görüş BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sammiti çərçivəsində baş tutub.

Donbas və Krım münaqişələrinin müzakirə olunduğu görüşdə Ukrayna lideri Rusiyada saxlanılan təxminən 450 ukraynalıdan ibarət siyahını Böyük Britaniyanın baş nazirinə təqdim edib.

Tərəflər Ukraynanın şərqində, Qara dəniz-Azov bölgəsindəki təhlükəsizliyin durumu ilə bağlı fikir mübadiləsi aparıblar. Bundan əlavə, Zelenski və Conson Rusiya ilə münaqişədə Ukraynanın müdafiəsini və donanmasını gücləndirmək üçün İngiltərə ilə gələcək əməkdaşlığa diqqət yetiriblər.

Tərəflər “Şimal axını 2” layihəsinin energetika sahəsi və Avropa üçün yaradacağı problemləri müzakirə ediblər. Ukrayna prezidenti bu layihənin Rusiyanın geosiyasi silahı olduğunu vurğulayıb.

Vladimir Zelenski Krım Platformasının yaradılmasında, habelə müvəqqəti işğal altında olan Krımla bağlı Kiyevin fəaliyyətlərinə verdiyi dəstəyə görə Britaniya baş nazirinə təşəkkür edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam