Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Mossad"dan inanılan əməliyyat-İran generalı qaçırıldı- FOTO

“Mossad”dan ƏMƏLİYYAT – İsrail İran generalını QAÇIRDI – FOTO

Dünən İsrail kəşfiyyatı “Mossad” Baş nazir Naftali Bennett tərəfindən təşkil edilən “Ron Arad” əməliyyatı çərçivəsində Suriyada bir iranlı generalı qaçırıb.

Yenixeber.org: Bu barədə Livan qəzeti “Rai al-Yom” məlumat yayıb.

Məlumata görə, əməliyyat çərçivəsində qaçırılan general Afrikadakı bir ölkəyə zorla aparılıb, Ron Arad haqqında məlumatlarla bağlı sorğu-sual edildikdən sonra sərbəst buraxılıb.

Qeyd edək ki, dünən İsrail Baş naziri Naftali Bennett “Reuters” agentliyinə müsahibəsində bu barədə məlumat verib.

Baş nazir bildirib ki, İsrail kəşfiyyatı “Mossad”ın casusları itkin düşmüş İsrail pilotu Ron Aradın tapılması üçün geniş miqyaslı və cəsarətli bir əməliyyat keçirib.

“Keçən ay “Mossad”ın qadın və kişi casusları Ron Aradın taleyi və harada olduğu haqqında yeni məlumatlar əldə etməyə yönəlmiş bir əməliyyat keçiriblər. Bu kompleks, genişmiqyaslı və cəsarətli bir əməliyyat idi”, – deyə Baş nazir Bennett açıqlayıb.

Livan qəzetindəki bir xəbərdə, hətta İranın Kiprdə israilli iş adamlarına qarşı sui-qəsd cəhdinin “Mossad”ın eyni əməliyyatı ilə əlaqəli ola biləcəyi də irəli sürülüb.

Xatırladaq ki, Hərbi Hava Qüvvələrinin naviqatoru Ron Arad 1986-cı ildə bombalanma zamanı Livan üzərində qəzaya uğrayan hərbi təyyarədən tullanıb. Livanın “Əməl” partizanları tərəfindən əsir götürüldüyü güman edilir.

Aradın taleyi uzun müddətdir ki, İsraildə böyük ictimai maraq kəsb edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam