Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Azərbaycan İsraildə səfirlik AÇACAQ

“Azərbaycanın İsraildə səfirliyinin açılması gündəmdədir”.
Yenixeber.org: Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev deyib. 

Məsələnin çoxdan müzakirə olunduğunu diqqətə çatdıran F. Şəfiyevin özü də İsraildə səfirlik təsis edilməsinin tərəfdarı olduğunu bildirib:

“Lakin Azərbaycan rəhbərliyi bu prosesə pillə-pillə yanaşır. Hazırda ölkəmizin İsraildə ticarət nümayəndəliyi var. Ümumiyyətlə, Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsini İranla bağlamaq düzgün deyil. Bizim öz prioritetlərimiz var. Bu məsələdə İrandan daha vacib elementlər var. İsraillə münasibətlərimiz, əlaqələrimiz daha önəmlidir”.

O qeyd edib ki, son zamanlar İsrailin ərəb ölkələrilə olan diplomatik əlaqələri daha çox gündəmdədir:

“İsrailin Birləşmiş Ərəb Əmirliklərində, Mərakeşdə səfirlikləri açıldı və Omanda da açılacağı haqqında müzakirələr var. Ona görə, gələcəkdə Azərbaycan İsraildə səfirlik açacaq. Bunun zamanlaması isə qeyd etdiyim kimi İranla bağlı deyil, tamamilə Azərbaycanın öz prioritetlərindən asılıdır”.(modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam