Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Üçtərəfli görüş başa çatıb – Zəngəzur dəhlizi açılır?/YENİLƏNDİ

Moskvada Azərbaycan, Ermənistan və Rusiya Baş nazir müavinləri Şahin Müstafayev, Mher Qriqoryan və Aleksey Overçukun iştirakı ilə üçtərəfli İşçi Qrupun növbəti iclası başa çatıb.
Yenixeber.org: Regionda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasına dair üçtərəfli görüşdə bir sıra məsələlər müzakirə edilib.
Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının bərpası perspektivləri nəzərdən keçirilib və Qarabağla bağlı üçtərəfli bəyanatlar çərçivəsində aparılan işlərin daha da sürətləndirilməsi haqda danışılıb.
Tərəflər görüşün ikinci hissəsinin yaxın vaxtlarda keçirilməsi barədə razılığa gəliblər.

                 ***

Bu gün Azərbaycan, Ermənistan və Rusiya hökumət başçıları müavinlərindən ibarət üçtərəfli İşçi Qrupunun növbəti görüşü baş tutub.
Görüşdə Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpasının perspektivləri, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putinin yanvarın 11-də qəbul etdikləri 4 maddəlik birgə bəyanat çərçivəsində görülən işlərin gedişatı müzakirə edilib.
Qeyd edək ki, Moskva görüşündə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan Respublikasının Baş nazirinin müavini Mqer Qriqoryan və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk iştirak ediblər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam