Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

 "Bu kino deyil, dünyanın sonu realdır"-"Çoxsaylı şəhərlərlə vidalaşmalı olacağıq”

Boris Conson: Bu kino deyil, dünyanın sonu realdır

              “Faciə ondadır ki, bu doğrudan da kino deyil, dünyanın sonu realdır”.

Yenixeber.org: Bunu Böyük Britaniyanın Baş naziri Boris Conson Şotlandiyanın paytaxtı Qlazqoda İqlim Dəyişməsi Konfransındakı çıxışında bildirib.

“Temperaturun iki dərəcə yüksəlməsi ərzaq məhsullarının xarab olmasına, 3 dərəcə qalxması isə kütləvi yanğınlar və siklonların baş verməsinə səbəb olacaq. Temperatur 4 dərəcə yüksəlsə, çoxsaylı şəhərlərlə vidalaşmalı olacağıq”, - deyə o vurğulayıb.

Britaniya hökumətinin başçısı deyib ki,nə qədər gec fəaliyyətə keçilsə, bu, insanlığa bir o qədər baha başa gələcək: “Fəaliyyətsizliklə bir müddətdən sonra faciənin qarşısı alınmaz olacaq. İndi fəaliyyətə başlamaq lazımdır”.

Qeyd edək ki, toplantıda yüzə yaxın dövlətin başçısı 25 min siyasətçi, mütəxəssis və jurnalsit iştirak edir.

Beynəlxalq ictimaiyyətin qarşısında çox mühüm tapşırıq durur - 2100-cü ilədək Yer kürəsində temperatur 1,5 dərəcə yüksələcək. Mütəxəssislər bildiriblər ki, baş verəcəyi təqdirdə qlobal istiləşmə dönməz olacaq. Atmosferə indiki tempdə qaz tullantılarının buraxılması temperaturun 2,7 dərəcə atması ilə nəticələnə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam