Redaktor seçimi
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Günün xəbəri

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Moskvada:məxfi missiya

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns ABŞ prezidenti Co Baydenin tapşırığı ilə Rusiya paytaxtına iki günlük səfərə gəlib.

Yenixeber.org: Bu barədə Amerikanın Moskvadakı səfirliyi məlumat yayıb.

“Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns prezident adından ABŞ-ın yüksək rütbəli rəsmilərindən ibarət nümayəndə heyətinə rəhbərlik edir. Noyabrın 2 və 3-də Moskvaya səfər çərçivəsində nümayəndə heyəti ikitərəfli münasibətlərə dair bir sıra məsələləri müzakirə etmək üçün Rusiya rəhbərliyinin nümayəndələri ilə görüşəcək”, - diplomatik nümayəndəlikdən bildirilib.

Səfirlik Bernsin konkret kiminlə görüşəcəyini açıqlamayıb. Lakin, bundan əvvəl bildirilirdi ki, Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Bernslə görüşüb. Bu Patruşevlə Berns-in MKİ-nin rəhbəri qismində ilk görüşüdür. Qeyd olunur ki, daha əvvəl Berns-in Moskvaya səfəri haqda heç bir anons olmayıb. Berns 2005-2008-ci illərdə ABŞ-ın Rusiyadakı səfiri vəzifəsində çalışıb. Bu ilin martından isə Berns MKİ-nin direktoru vəzifəsini icra edir.(TASS)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam