Redaktor seçimi
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Günün xəbəri

Baydenin nəhəng planı-İnfrastruktura 1.2 trilyon dollar

ABŞ Konqresinin Nümayəndələr Palatası cümə günü axşam saatlarında Demokratik Partiya daxilində uzun müzakirələrdən sonra prezident Co Baydenin əsas daxili siyasət təşəbbüslərindən birini - 1,2 trilyon dollarlıq infrastruktur investisiya qanun layihəsini dəstəkləyib.

Yenixeber.org: Bu vəsait (Rusiyanın illik ÜDM-nin təxminən üçdə ikisinə bərabərdir) ABŞ federal hökuməti tərəfindən qarşıdakı beş il ərzində yollara, hava limanlarına, elektrik nəqliyyatına, genişzolaqlı internetə, su təchizatına və digər infrastruktur seqmentlərinə sərmayə şəkilində qoyulacaq.

Məsələn, yol və körpülərin tikintisinə 110 milyard, dəmir yolu nəqliyyatının inkişafına 66 milyard, yüksəksürətli internetə 65 milyard, su təchizatı şəbəkəsinin yenilənməsinə – 55 milyard, elektriklə işləyən avtomobillərin enerji doldurma şəbəkəsinə, elektrik avtobusların və digər ekoloji cəhətdən təmiz ictimai nəqliyyat növlərinin təşviq edilməsinə - 15 milyard dollar vəsait ayrılacaq.

Qanun Amerikanın nəqliyyat şəbəkəsinin dörddə bir əsrdə ən böyük modernləşdirilməsinə imkan verəcək.

İnfrastruktur üçün 1,2 trilyon xərcləmək leyhinə Nümayəndələr Palatasının 228 üzvü, əleyhinə - 206 səs verib. Qeyd olunur ki, qanunu 13 respublikaçı dəstəkləyib.

Senat bu qanunu avqustda qəbul edib, ona görə də onun qüvvəyə minməsi üçün onu Baydenin imzası kifayətdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam