Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Zelenski Ukraynada çevriliş planları barədə məlumat alıb-AÇIQLAMA

Prezidentə Rinat Axmetovun çevrilişdə əli olduğu və bunun üçün milyardlarla dollar ayrıldığı barədə məlumat verilib

Yenixeber.org: Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 1-də Ukraynada dövlət çevrilişi planlaşdırıldığı haqqında məlumat aldığını bildirib. Bu barədə Zelenski mətbuat konfransında deyib.

Ukrayna liderinin sözlərinə görə, ona biznesmen Rinat Axmetovun qarşıdan gələn çevrilişdə əli olduğu və bunun üçün milyardlarla dollar ayrıldığı barədə məlumat verilib. Zelenski hesab edir ki, Axmetovun ətrafı biznesmeni prezident və dövlətlə müharibəyə cəlb edir.

Mətbuat konfransı zamanı Ukrayna Prezidenti onu da bildirib ki, ölkə oliqarxlarla böyük müharibənin başlanğıcındadır: “Onların çadırları hər yerdədir. Amma hakimiyyət böyük biznesə hörmətlə yanaşır”.

Qeyd edək ki, 2019-cu ilin may ayında iş adamı İqor Kolomoyski bildirib ki, prezidentliyə namizəd kampaniyası zamanı Zelenski bütün yerli oliqarxlar tərəfindən dəstəklənib. Onun sözlərinə görə, Axmetovun Ukrayna Prezidentinin namizədliyinə də müsbət münasibəti olub.(“RİA Novosti")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam