Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Ukraynanın cənub-şərqində müharibə ehtimalı yüksəkdir”-RƏSMİ

Rusiya AÇIQLADI: “Ukraynanın cənub-şərqində müharibə ehtimalı yüksəkdir”

     “Ukraynanın cənub-şərqində hərbi əməliyyatların baş verməsi ehtimalı yüksəkdir”.

Yenixeber.org: Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, bu məsələ Rusiya üçün narahatlıq doğurur.

“Donbassda müharibə ehtimalı varmı” sualını Peskov belə cavablandırıb:

“Ukraynada hərbi əməliyyatların baş verməsi ehtimalı hələ də yüksəkdir. Bu, hələ də bizim üçün xüsusi narahatlıq doğuran məsələdir” – Peskov vurğulayıb.

Onun sözlərinə görə, Moskva Krımı qaytarmaq niyyətində olduğunu bəyan edən Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərini Rusiya və region üçün təcavüz sayır:

“Biz prezident Zelenskinin bəyanatlarını təhlil edirik. Parlamentdə çıxış edən Zelenski deyib ki, Krımın qaytarılması Ukraynanın əsas məqsədi və fəlsəfəsi olmalıdır. Biz bunu birbaşa Rusiya üçün təhlükə kimi görürük. Bu ifadə o deməkdir ki, Kiyev Rusiyaya təcavüz etmək üçün istənilən, imkanlardan, o cümlədən güc yolundan yararlanmaq niyyətindədir” – Peskov  deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam