Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Məktəblilərin qış tətili günləri açıqlanıb

Məktəblilərin qış tətili günləri açıqlanıb

Təhsil Nazirliyi məktəblilərin qış tətilinin günlərini açıqlayıb.

Yenixeber.org: Nazirlikdən bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının qərarı ilə təsdiq edilən iş vaxtı norması və istehsalat təqviminə əsasən 31 yanvar 2021-ci il və 1-4 yanvar 2022-ci il tarixləri qeyri-iş günləri kimi müəyyən edilib və həmin tarixlər təhsil müəssisələrinə də şamil edilir.

Qeyd olunub ki, qış tətili günləri isə Nazirlər Kabinetinin müvafiq qərarına görə məktəblərdə 27-31 yanvar tarixləridir: “Lakin 2021-2022-ci tədris ili müəyyən edilən müddətdən gec başladığından təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 259 nömrəli qərarına əsasən payız tətili günlərində olduğu kimi, qış tətili günlərində də qısaltmalar olub. Belə ki, ibtidai təhsil səviyyəsi (I-IV) üzrə qış tətili günlərindən 27-28 yanvar tarixləri dərs günləri hesab olunur. Yəni ibtidai təhsil səviyyəsi (I-IV) üzrə 5 günlük rejimlə işləyən məktəblərdə 31 yanvar qış tətili, 6 günlük rejimlə işləyən məktəblərdə isə 29 və 31 yanvar qış tətilidir. Ümumi orta təhsil (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə qış tətili günlərindən 27-28 və 31 yanvar tarixləri dərs günləri hesab olunur. Yəni ümumi orta təhsil (V-IX) və tam orta təhsil səviyyələri (X-XI) üzrə 5 günlük rejimlə işləyən məktəblərdə qış tətili olmayacaq, 6 günlük rejimlə işləyən məktəblərdə isə 29 yanvar qış tətilidir”.

Qeyd edək ki, bu il ölkədə pandemiya səbəbindən məktəblərlərdə əyani tədris aşağı siniflər üzrə sentyabrın 22-də, yuxarı siniflər üzrə isə sentyabrın 29-da bərpa olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam