Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rusiya neftinə müştəri tapılmadı-tender ləğv edildi

           “Urals” markalı Rusiya neftinin satışına dair daha bir tender baş tutmayıb.

Yenixeber.org: “Bloomberg” verir ki, ötən gün keçirilməli olan tenderə Rusiyanın “Zarubejneft” dövlət şirkəti cəmi 600 min ton olmaqla 6 partiya neft çıxarmışdı.

Şərtə görə neft müştəriyə ilin ikinci yarısında göndərilməli idi. Lakin bu nefti almaq üçün heç bir müştəri müraciət etməyib, potensial müştərilər iştirak üçün tenderdə qeydiyyatdan keçməkdən imtina ediblər və nəticədə tender baş tutmamış sayılıb.

 

Bundan əvvəl isə “Surqutnefteqaz” şirkəti “Transneft” şirkətinin Baltik limanlarından 8 tanker yükü həcmində  “Urals” neftini satışa çıxarmışdı, amma alıcı tapılmadığından tender ləğv edilmişdi. Rusiyanın “Rusneft” dövlət şirkətinin də hasil etdiyi neftə müştəri tapmaqda çətinlik çəkdiyi bildirilir. “İnterfaks” agentliyinə danışan mənbə deyib ki, əsas problem müştərilərin nefti daşımaq üçün tanker tapa bilməməsidir. Çünki heç bir şirkət Rusiya neftini daşımaqla sanksiyalar riski ilə üzləşmək istəmir, ümumiyyətlə potensial müştərilər də Rusiya neftini kifayət qədər toksik hesab edərək ondan uzaq durmağa çalışırlar.

 

Xatırladaq ki, ABŞ və Böyük Britaniya Rusiya neftinin alışını dayandırıb, Avropa İttifaqı isə “Rosneft”, “Transneft” və “Qazpromneft” şirkətlərinə qarşı yeni sanksiyaların anonsunu verib.

TASS bildirir ki, hazırda “Urals” markalı Rusiya nefti “Brent” markalı neftlə müqayisədə 29 dollar ucuz təklif edilir. Hazırda “Brent” neftinin bazar qiyməti 105 dollardan aşağıdır.

Vəziyyət bu cür ağır olsa da Rusiya neftinin ənənəvi müştərilərindən olan “Indian Oil” Hindistan şirkəti 3 milyon barrel “Urals” neftini alıb. Şirkət bunu sanksiyaların pozulması kimi qiymətləndirmir, bildirir ki, sanksiyaların təsiri altında olan Rusiya şirkətləri ilə əməkdaşlıq etmir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam