Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rusiya defolta yaxınlaşır:Üç ssenari hazırlanıb

Rusiya Federasiyasının gələcək perspektivləri Bloomberg analitikləri tərəfindən təhlil olunmuşdur. Ölkənin bu il defolt ehtimalı təxminən 70% qiymətləndirilir.

Yenixeber.org: Bu rəqəmə Ukraynanın işğalı birbaşa təsir edib. Bu xarici valyuta defoltu bir əsrdə ilk olacaq.

Qeyd olunur ki, bənzər bir vəziyyət tarixdə bir dəfə, keçən əsrin əvvəlində baş verən inqilabından və bolşeviklər çarın borclarını tanımaqdan imtina etdikdən sonra baş verib. Analitiklərin fikrincə, hadisələr üç ssenari üzrə inkişaf edə bilər.

 

Əgər Rusiya dollarla olan istiqrazların faizlərini martın 16-da ödəsə, defolt aprelin 4-nə qədər təxirə salınacaq. İstiqrazlar rublla alınarsa, əksər investorlar bunu dərhal defolt kimi qəbul edəcəklər. Analitiklərinin başqa bir alternativ ssenarisinə görə, Rusiya borcları ümumiyyətlə ödəməyəcək - o zaman ölkəyə bir aylıq güzəşt müddəti veriləcək. Aprelin 15-dən əvvəl ödəniş edilmədikdə, klassik "sərt" defolt baş verəcək: maliyyələşdirməyə giriş tamamilə bloklanacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam