Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Kiyev metrosunda rus diversant tutuldu - FOTOLAR

Kiyev metrosunda rus diversant tutuldu -    FOTO

                   Ukraynada Rusiyaya işləyən diversant saxlanılıb.
Yenixeber.org: Bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, diversant Kiyev metrosunun stansiyalarından birində tutulub.
- Bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasının sədr müavini Konstantin Usov məlumat verib. Həmin şəxs paytaxta Rusiyadan gəlib. Usov deyib ki, “Biz onun smartfonunda Ukrayna Silahlı Qüvvələrinin mühüm infrastruktur obyektlərinin, nəzarət-buraxılış məntəqələrinin və yerlərinin fotoşəkillərini tapdıq. Bundan əlavə, saxlanılan şəxsin telefonunda Rusiya abunəçiləri ilə aktiv yazışmalar və Rusiya Federasiyasının vergi ödəyicisinin şəxsi hesabı var”.
Həmin şəxs əlavə araşdırmalar aparılması üçün Ukrayna Təhlükəsizlik Xidmətinə təhvil verilib, - məqalədə yazılıb.




Xatırladaq ki, bir müddət öncə UTX Rovnoda Ukrayna silahlı qüvvələrinin yerdəyişmələri, daşınmaları barədə məlumatı Rusiyaya ötürən yerli sakini saxlamışdı.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam