Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

UKRAYNADA RUSİYANIN DAHA BİR GENARALI ÖLDÜRÜLDÜ -Dosye

Ukraynada gedən hərbi əməliyyatlarda daha bir rusiyalı general məhv edilib.

Yenixeber.org:  Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin 49-cu Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Yakov Rezantsev ukraynalı hərbçilər tərəfindən öldürülüb.

Bununla bağlı məlumatı Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri, hərbi ekspert Aleksey Arestoviç paylaşıb.

Xəbərdə deyilir ki, yüksək çinli rus hərbçisi Ukraynanın cənubunda məhv edilib. Belə ki, həmin istiqamətdə Ukrayna Ordusu işğalçıların komanda-qərargah məntəqəsini dağıdıb. Rezantsev də həmin məntəqədə olub.

Məlumat üçün bildirək ki, general-leytenant Yakov Vladimiroviç Rezantsev 1973-cü ildə Altay vilayətində anadan olub. 2020-ci ilin avqustundan 49-cu orduya rəhbərlik edən Rezantsev ötən il general-leytenant ali hərbi rütbəsi alıb.

Qeyd edək ki, bununla da Ukraynada cəmi 1 ay ərzində məhv edilən rus generallarının sayı 7-yə çatıb. Həmçinin, onlarla polkovnik rütbəli rus zabitinin məhv edildiyi bildirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam