Redaktor seçimi
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Kamaləddin Qafarov kimdir? -
Rauf Kazımovun offşor izləri, səhm maxinasiyaları ilə bağlı sensasion məlumatlar-
Günün xəbəri

Bu ölkədə qadınlar və kişilər eyni gündə parka gedə bilməzlər

 

 
Əfqanıstanda "Taliban" hökuməti Kabildə kişilər və qadınların parkları eyni vaxtda ziyarət etməsini rəsmi olaraq qadağan edib. 
Yenixeber.org: Bu barədə Qadağalar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bazar, bazar ertəsi və çərşənbə axşamı qadınlar hicab taxmaq şərti ilə əyləncə parklarına baş çəkə bilərlər. Həmin günlərdə kişilərin ora getməsinə icazə verilmir.
Kişilər isə həftənin qalan günləri, yəni çərşənbə günündən şənbə gününə qədər parkları, əyləncə məkanlarını ziyarət edə bilərlər. "Taliban" nümayəndələri qeyd edilən günləri silahsız və hərbi nişansız gəzə bilər.
Açıqlamada qeyd olunur ki, bu qaydaların pozulması halında parkların sahibləri və rəhbərliyi məsuliyyətə cəlb olunacaq.
Bundan başqa, fərmana əsasən, Kabildə vətəndaşların ailələri ilə birlikdə ziyarət etdikləri digər turizm yerlərində qadınlardan hicab taxmaq və “yad adamlarla ünsiyyətdən çəkinmək” tələb olunur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam