Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Avstriya da Putinin tələbinə -YOX DEDİ

 

Avstriya Aİ-nin digər üzvü ölkələri kimi Rusiyanın təbii qaz tədarükü üçün rublla ödəniş etmək tələbinə əməl etməyəcək.

Yenixeber.org: Bunu "PULS 4" telekanalına müsahibəsində Avstriyanın federal müdafiə naziri Klaudiya Tanner deyib.

“Biz rublla ödəniş etməyəcəyik. Və burada biz Avropa İttifaqının digər ölkələri ilə birləşmişik və bu vacibdir”, - deyə Tanner bildirib.

Onun sözlərinə görə, Avstriya hökuməti enerji çağırışlarına cavab vermək, xüsusən də fərdi ev təsərrüfatlarının qaz təchizatını təmin etmək üçün bütün lazımi qanunvericilik imkanlarına malikdir.

Avstriyanın ARA xəbər agentliyi çərşənbə günü bildirib ki, Avstriya qazla bağlı fövqəladə vəziyyət halında planında erkən xəbərdarlıq səviyyəsini elan edir. Buna səbəb Rusiya Federasiyasının gələcək qaz tədarükünün yalnız rublla ödənilməsi barədə bəyanatı olub.

Fövqəladə hallar planının bu birinci mərhələsi nəzarət və monitorinq sisteminin gücləndirilməsini nəzərdə tutur. Enerji təchizatına nəzarət tədbirləri, məsələn, tənzimləmə, hazırda planlaşdırılmır - onlar planın üçüncü səviyyəsində nəzərdə tutulub.

Eyni zamanda, Avstriyanın Energetika Nazirliyi bəyan edib ki, hazırda Rusiyadan qaz tədarükü məhdudiyyətsizdir. Agentliyin məlumatına görə, Rusiyanın qaz anbarları 13% doludur ki, bu da son illərin orta göstəricisidir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam