Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Putinin qızları Qərbin hədəfində-Yeni sanksiyalar paketi gəlir

 “Putinin başlatdığı müharibəni maliyyələşdirən Rusiya kleptokratiyasını hədəf alacağıq”.

Yenixeber.org: Bunu Ağ Evin sözçüsü Cen Psaki bildirib.

Məlumatlara görə, sanksiyaların əsas hədəfləri Putinin yaxın ətrafı- rus oliqarxlar, siyasətçilər və Rusiya Prezidentinin iki qızı olacaq.

Britaniyanın “Teleqraf” qəzeti yazır ki, yeni sanksiyalar nəticəsində Rusiya Prezidentinin qızları – 35 yaşlı Katerina Tixonova və 36 yaşlı Mariya Vorontsovanın aktivləri dondurulacaq.Onlara səyahət qadağaları qoyulacaq. Yeni sanksiyalarla həmçinin, Rusiya şirkətlərinin Aİ ölkələrindəki tenderlərdə iştirakına da qadağa qoyulacaq.

Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynaya müharibə elan edib. Avropa İttifaqı müharibəni dayandırması üçün Rusiyaya 4 sanksiya paketi tətbiq edib. Beşinci sanksiya paketi isə ötən gün təsdiqlənib.

Yeni sanksiya paketinə:

Rusiyadan ildə 4 milyard avro məbləğində kömür idxalına qadağa,

Rusiyanın dörd əsas bankının, o cümlədən VTB-nin əməliyyatlarına qadağa,

Rusiya gəmilərinin Aİ limanlarına girişinə qadağa,

10 milyard avro məbləğində yarımkeçiricilərin, maşın və nəqliyyat avadanlıqlarının Rusiya Federasiyasına ixracına qadağa,

5,5 milyard avro məbləğində Rusiya mallarının idxalına qadağa,

Rusiya şirkətlərinin Aİ-də dövlət satınalmalarında iştirakına qadağa və Rusiya dövlət orqanlarına hər hansı maliyyə dəstəyinin istisna edilməsi – daxildir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam