Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

"Barbar Rusiyanın sponsoru olmaqdan əl çəkin!" - Zelenskidən SƏRT ÇAĞIRIŞ

“Barbar Rusiyanın sponsoru olmaqdan əl çəkin!” – Zelenskidən SƏRT ÇAĞIRIŞ

                   “Barbar Rusiyanın sponsoru olmaqdan əl çəkin!”

Yenixeber.org: Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Cənubi Koreya parlamentində çıxış edərkən bildirib.

O sadəcə dövlətlərə deyil, həm də dünya şirkətlərinə müraciət edib. Rusiya ilə bütün əlaqələri, ilk növbədə neft ticarətini dayandırmağa çağırıb:

“Rusiya hələ də hiss etmir ki, dayanmaq lazımdır. Bu, o deməkdir ki, təkcə dövlət səviyyəsində deyil, daha çox iş görülməlidir. Rusiya banklarının qlobal maliyyə sistemi ilə əlaqələrini tamamilə qırmaq lazımdır. Rusiya ilə enerji resurslarını, ilk növbədə neftin ixracını məhdudlaşdırın, bu barbar dövlətin sponsoru olmaqdan əl çəkin”.

Qeyd edək ki, Zelenski əvvəl də Rusiyaya qarşı qlobal neft embarqosuna çağırıb. Ukrayna Prezidenti bildirib ki, Rusiya illüziyalar içində yaşamağa davam edir və müharibəni bitirmək niyyətində deyil.

Xatırladaq ki, bu gün Rusiya-Ukrayna müharibəsinin 47-ci günüdür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam