Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Putin bu ölkəni də hədəfləyib- PROQNOZ

 Hərbi ekspert Oleksiy Melnik bildirib ki, Vladimir Putinin Donbasda qələbə qazanacağı təqdirdə növbəti hədəfi Moldova ola bilər.

Yenixeber.org: Ekspertin fikrincə, Rusiya prezidentinin geriyə yolu olmayacaq.

“Moldovanı tutandan sonra ruslar Kalininqrada dəhliz çəkə bilər” – deyə o qeyd edib.

“Rusiyanın Ukraynaya qarşı müharibənin ikinci mərhələsi ilə bağlı planları əslində Kremlin bizim ölkədə (Ukraynada – red.) dayanmaq fikrində olmadığını göstərir. Növbəti ehtimal hədəf Dnestryanı, Moldova, daha sonra isə Kalininqrada quru dəhlizidir” – Melnik vurğulayıb.

O qeyd edib ki, Putinin planlarının uğuru və ya uğursuzluğu birbaşa Avropanın Ukraynanın ruslarla müharibədə müqavimətini dəstəkləməyə hazır olmasından asılıdır: “Təcavüzkarı dayandırmaq məsələsi Qərbin dəstəyi ilə Ukrayna ordusunun gücüylə olacaq”.

Qeyd edək ki, Ukraynaya qarşı genişmiqyaslı hücum fonunda Rusiyanın təcavüzünə qarşı loyal siyasəti ilə seçilən Moldova Aİ-yə üzvlük üçün müraciət etmək istəyir. Müharibə başlayandan bəri hökumət Rusiyaya qarşı sanksiyaların dəstəklənməsini sabotaj edib və hətta “Rusiya qorxusuna” görə bir neçə döyüşçünü təhvil verməkdən də imtina edib.

Moldovanın “bitərəflik” elan etməsinə baxmayaraq, Rusiya guya “rusdilliləri qorumaq” üçün Dnestryanını ələ keçirmək niyyətini açıq elan edib. Moldova isə buna dərhal reaksiya verərək Moskvanın bəyanatlarını “əsassız” və “qəbuledilməz” adlandırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam