Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bu ölkədə də meymunçiçəyi aşkarlandı

 

Çex Respublikasında Belçikadakı festivaldan qayıdan bir qadında meymunçiçəyi infeksiyası aşkar edilib.

Yenixeber.org: Bu barədə Çex İnfeksiya Təbabəti Cəmiyyətinin rəhbəri Pavel Dlouhi məlumat verib.

O, xəstənin Praqa Mərkəzi Hərbi Xəstəxanasında müalicə olunduğunu bildirib.

Test edilən üç nəfərdən birindən alınan nümunənin müsbət olduğu bildirilir, digər iki şübhəli xəstənin testləri mənfi çıxsa da, dəqiq nəticələr bir neçə günə məlum olacaq.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, meymunçiçəyi infeksiyası bu günədək 19 ölkədə 131 nəfərdə aşkarlanıb, daha 106 yoluxma şübhəsi araşdırılır.

Meymunçiçəyi virusu 1980-ci ildə Avropada rəsmi olaraq aradan qaldırılmış çiçək xəstəliyi irsinə aiddir. Bunun simptomları çiçək xəstəliyinə bənzəyir. Meymunçiçəyi virusuna yoluxmuş şəxslərdə çiçək xəstəliyində olduğu kimi qızdırma, baş ağrısı, əzələ ağrıları, üşümə və qızartı, dəridə qabarcıq kimi şikayətlər meydana çıxır.

Mütəxəssislərin fikrincə, meymunçiçəyi virusu ona yoluxanların 30 faizini öldürən çiçək xəstəliyindən daha az təhlükəlidir. Meymun çiçəyi virusuna yoluxanlarda xəstəliklər bir neçə həftə ərzində öz-özünə yox olur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam