Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

“Azad qadın” heykəli götürülür? - RƏSMİ AÇIQLAMA -FOTOLAR

Bakıda “Azad qadın” heykəlinin sökülməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara Bakı Şəhər İcra Hakimiyyətindən açıqlama verilib.

Yenixeber.org: Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumatda bildirilir ki, “Azad qadın” heykəlinin ətrafında aparılan təmir işləri ilə bağlı sosial şəbəkələr və bir sıra KİV-lərdə yayılan xəbərlər çox təəccüb və təəssüf doğurur.

“Azərbaycan dünyəvi dövlətdir, dövlət tərəfindən mühafizə olunan bu tarix-mədəniyyət abidəsinin sökülməsindən söhbət gedə bilməz və bu heç bir çərçivəyə sığmır.

Hazırda "Bakı Şəhər İcra Hakimiyyəti Təmir-Tikinti" MMC tərəfindən ərazidə sınmış və ya zədələnmiş qranit və mərmər daşları sökülüb yeniləri ilə əvəz olunur, ərazi abadlaşdırılır.

Abadlıq işlərinin sonunda ərazi yaşıllaşdırılacaq, yeni gül və kollar əkiləcək, qazon salınacaq, ərazi gözəl məkana çevriləcək”, - deyə məlumatda bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam