Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Qaçqın-köçkünlərin sayı ən yüksək həddə çatıb-Dünyada

Dünyada qaçqın və məcburi köçkünlərin sayı hazırda 100 milyon nəfərlik həddi aşıb və bununla da II dünya müharibəsindən bəri ən yüksək səviyyəyə çatıb.

Yenixeber.org: BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) bu məlumatı 20 iyun – Dünya Qaçqınlar Günü ərəfəsində yayıb. QAK-ın rəhbəri Filippo Qrandi bildirib ki, beynəlxalq ictimaiyyət münaqişələrin davamlı həllinə nail olmazsa, bu təhlükəli trend qarşıdakı dövrdə yüksələn xətlə davam edəcək.

Bildirilib ki, 1951-ci ildən, yəni BMT QAK təsis ediləndən bəri Ukraynada yaranmış böhran nəticəsində kütləvi qaçqın axını ən qısa zamanda yaranmış ən böyük qaçqın böhranıdır. Ukraynadakı vəziyyəti nəzərə alaraq, komissarlıq öz hesabatına təkcə ötən ili deyil, eyni zamanda dünyadakı aktual vəziyyəti də daxil edib.

Hesabatda qeyd edilib ki, 2021-ci ilin dekabr ayına olan məlumatlara əsasən, dünyada 89,3 milyon insan müharibə, güc tətbiqi, təqib və insan haqlarının pozulmasına görə qaçqınlıq həyatı yaşayır. Hazırda onların sayı 100 milyonluq həssas həddi aşıb. Bu göstərici 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə səkkiz faizdən çox artım deməkdir. Qaçqınların sayı ilbəil artmaqdadır və 2021-ci ildə onların sayı 2011-ci ilə nəzərən iki dəfə artıb.

Türkiyə, Kolumbiya, Uqanda, Pakistan və Almaniya dünyada ən çox qaçqın qəbul etmiş ölkələr siyahısında öndə durur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam