Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

MEYMUNÇİÇƏYİ PANDEMİYA ELAN EDİLDİ -"Milyonlarla insan öləcək, kor və əlil olacaq"

Ümumdünya Səhiyyə Şəbəkəsi (World Health Network/WHN) meymunçiçəyi xəstəliyini pandemiya elan edib. Bu barədə qurumun saytında bildirilir.

Yenixeber.org: Qeyd edilir ki, bu günə qədər 58 ölkədə 3 417 təsdiqlənmiş meymunçiçəyi hadisəsi qeydə alınıb. Epidemiya bir neçə qitədə sürətlə genişlənir. Şəbəkə ölkələri və qlobal səhiyyə orqanlarını təcili, effektiv tədbirlər görməyə çağırıb.

“Qlobal epidemiya razılaşdırılmış qlobal tədbirlər olmadan bitməyəcək. Hətta meymunçiçəyi xəstəliyindən daha aşağı ölüm nisbəti olsa belə, onun davamlı yayılmasının qarşısını almaq üçün tədbirlər görülməsə, milyonlarla insan öləcək və daha çox insan kor və əlil olacaq”, - deyə mesajda qeyd edilir.

Vurğulanır ki, qabaqcadan tədbirlər görülsə, ən az səylə epidemiyaya nəzarət etmək və nəticələrin daha da pisləşməsinin qarşısını almaq mümkün olacaq.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) infeksiyanın təyin edilməsinə qərar vermək üçün 23 iyun iclasından əvvəl WHN meymunçiçəyi xəstəliyini pandemiya elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam