Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Qaraqalpaqda iğtişaşlar nəticəsində 18 nəfər həlak olub-RƏSMİ

"Qarşıdurmalarda minlərlə nümayişçi və hüquq-mühafizə orqanlarının əməkdaşı yaralanıb"

Yenixeber.org: Qaraqalpaqda iğtişaşlar nəticəsində 18 nəfər həlak olub. Bu barədə Özbəkistan Baş Prokurorluğunun departament prokuroru Abror Mamatov deyib. 

Onun sözlərinə görə, qarşıdurmalarda minlərlə nümayişçi və hüquq-mühafizə orqanlarının əməkdaşı yaralanıb.

Qeyd edək ki, Qaraqalpaqda iyulun 1-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin bölgəni ayrılma hüququndan məhrum etməklə bağlı Konstitusiya maddəsinin dəyişdirilməsini istəməsindən sonra etirazlar başlayıb.

Xatırladaq ki, Qaraqalpaq Respublikası 1936-cı ildə Özbəkistan SSRİ-nin tərkibinə daxil olub. SSRİ-nin dağılmasından sonra respublika Özbəkistanın tərkibində qalıb, lakin suverenlik hüququ əldə edə biləcəyi Özbəkistan Konstitusiyasında təsbit edilib.

İyunun 4-də məlum olub ki, Özbəkistan Parlamentinin aşağı palatası ölkə Konstitusiyasına dəyişikliklər layihəsində Qaraqalpaq Respublikasının suverenliklə bağlı Konstitusiyadakı müvafiq maddənin ləğv edilməsini istəyib. Deputatlar bu təşəbbüsü yekdilliklə dəstəkləyiblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam