Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Liviya vətəndaş müharibəsi gözlənilir- Hökumət böhranı

              İki hökumətin mövcud olduğu Liviyada yeni vətəndaş müharibəsi təhlükəsi yaranıb.

Yenixeber.org: Ölkənin şərq əyalətlərində fəaliyyət göstərən parlament tərəfindən Baş nazir elan edilmiş Fəthi Başağa yaxın günlərdə paytaxt Tripoliyə daxil olacağını bəyan edib. 

Liviya parlamenti bu ilin fevralında ölkədə on ildən çox davam edən zorakılığa son qoymaq üçün Birləşmiş Millətlər Təşkilatının dəstəklədiyi sülh prosesi çərçivəsində ötən il təyin edilmiş müvəqqəti Baş nazir Əbdülhəmid Dbeybahın yerinə hökumət başçısı kimi Fəthi Başağanı təyin edib.

Buna baxmayaraq, Dbeybah hakimiyyəti təhvil verməkdən imtina edib. Yeni Baş nazirin mayda paytaxt Tripoliyə gəlişi isə tərəflərin silahlı qruplaşmaları arasında qarşıdurmalara səbəb olub. Həmin vaxt qan tökülməsinin əleyhinə olan Başağa paytaxtı tərk etmişdi və indi Sirtə şəhərindən bəyan edib ki, bütün yollar Tripoliyə açıqdır və yaxın günlərdə orada olacağıq. 

O əlavə edib ki, bəzi silahlı qüvvələr mövqelərini dəyişiblər və bizim paytaxta daxil olmağımıza heç bir maneə yoxdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam