Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Ukrayna HIMARS üçün sursat və PUA-lar istəyir-ABŞ-dan

Ukrayna ABŞ Müdafiə Nazirliyindən Amerikanın HIMARS (ing. “High Mobility Artillery Rocket System” - Yüksək Mobilli Raket-Artilleriya Sistemi) reaktiv yaylım atəş sistemləri, eləcə də artıq təhvil verilmiş M777-dən başqa haubitsa növləri üçün sursatların tədarükünü təmin etməyi xahiş edib.
Yenixeber.org: Bu barədə Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova Bloomberg-ə müsahibəsində bildirib. Onun sözlərinə görə, HIMARS təchizatları döyüşlərin aparılması üçün çox vacibdir: “Ukrayna artıq bir çox belə sistemlər alıb, lakin ölkənin daha çox uzaqmənzilli silahlara ehtiyacı var. Ona görə yox ki, biz Rusiya ərazisini bombalamalıyıq, sadəcə olaraq ərazimizdə istənilən nöqtəyə çatmalıyıq”.
Kiyev döyüş sursatı və haubitsalardan əlavə, daha çox pilotsuz uçan aparatlar - təkcə “Bayraktar” deyil, həm də Amerikanın döyüş PUA-ları olan “Switchblade”, “Puma” və “Phoenix Ghost” almaq istəyir: “Başqa qüvvələr və vasitələr də var. Bircə dənə yox deyəcəyimiz hərbi vasitə yoxdur”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam