Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Bu dövlətlər Rusiyaya qarşı birləşdi-SİYAHI

                               Avropa İttifaqı (Aİ) və 42 ölkə Rusiyaya qarşı birgə bəyanat verib.

Yenixeber.org: Bəyanatda Rusiyanın Ukraynaya qarşı müharibə aparmaqla beynəlxalq hüququ pozduğu bildirilib, Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye AES-in Rusiya tərəfindən idarə olunmasının Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) əsas prinsipləri üçün böyük təhlükə yaratdığı vurğulanıb.  

Bəyanatda, həmçinin nüvə obyektində rus əsgərlərinin varlığının qəbuledilməz olduğu qeyd edilib:

“Rusiya qüvvələrinin Zaporojye Atom Elektrik Stansiyasında olması stansiyanın operatoruna, Ukrayna hakimiyyətinə,beynəlxalq konvensiyalar və MAQATE-nin təhlükəsizlik standartlarına uyğun olaraq nüvə və radiasiya təhlükəsizliyi üzrə öhdəliklərini yerinə yetirməyə mane olur, həmçinin MAQATE-nin təhlükəsizlik mandatını həyata keçirməsinə əngəl törədir. Biz Rusiyanı dərhal öz hərbi qüvvələrini və bütün şəxsi heyətini Zaporojye AES-dən, onun ətrafından, eləcə də Ukraynadan çıxarmağa çağırırıq”. 

Qeyd edək ki, birgə bəyanatı imzalayan ölkələr arasında Avropa İttifaqına üzv dövlətlər, o cümlədən Avstraliya, ABŞ, Böyük Britaniya, Yaponiya, Kanada, Gürcüstan, İslandiya, Lixtenşteyn, Monteneqro, Yeni Zelandiya, Şimali Makedoniya, Norveç, Cənubi Koreya, Moldova və Türkiyə də yer alıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam