Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

ABŞ Yaxın Şərqdə dron şəbəkəsi qurur-İrana qarşı

ABŞ Hərbi Dəniz Qüvvələri İsrail, Səudiyyə Ərəbistanı və digər Yaxın Şərq ölkələri ilə birgə İran hərbi qüvvələrini nəzarətdə saxlamağa kömək edəcək pilotsuz təyyarələr şəbəkəsi yaradır.

Yenixeber.org: Bildirilib ki, gələn yaya qədər 100-ə yaxın kəşfiyyat PUA-sı Süveyş kanalından İran sahillərinə qədər əraziyə nəzarət edəcək.

Təşəbbüslə bağlı bütün təfərrüatlar məxfiləşdirilib.

Dronlar bütün məlumatları ABŞ-ın Bəhreyndəki komandanlıq mərkəzinə ötürəcəklər.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Fars körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının “Saildrone Explorer” adlı pilotsuz gəmisini qaçırmağa cəhd edib.

Digər tərəfdən, avqustun sonunda ABŞ Suriyadakı iranyönlü qrupların hədəflərinə hava zərbələri endirib. Prezident Co Bayden bu addımın ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasətinin maraqlarına uyğun olduğunu deyib.(“The Wall Street Journal” (WSJ))


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam