Redaktor seçimi
Həyat yoldaşı «Yelobank»ın sahibi olan millət vəkili Sevinc Fətəliyevanın hakimlərə təzyiqinin sirri açıldı… -
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Günün xəbəri

Belarusdan Ukraynaya hücum riski:Rusiyanın məkrli ssenarisi açıqlandı

“Rusiya iğtişaşların təşkilinə, hərbçilərə nəzarəti Lukaşenkodan almağa cəhd edə bilər”

“Belarusu Ukrayna ilə müharibəyə sürükləməyə çalışan Rusiya Prezidenti Vladimir Putinin təzyiqi ucbatından Aleksandr Lukaşenko indi son dərəcə çaşqındır”.

Yenixeber.org: Bu sözləri Ukrayna Prezident Adminstrasiyasının rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“Lukaşenkonun daxili siyasi arenada çox böyük problemləri var. O, legitimlik baxımından əvvəllər olduğu kimi - 2020-ci ilin payızından əvvəlki kimi güclü deyil. Digər tərəfdən, o, hələ də qeyri-legitimlik altındadır. Putinin həddindən artıq təzyiqi Belarusdan müharibədə daha intensiv iştirak etməyi tələb edir. Bu da Belarus üçün dövlətçilik perspektivlərinin kəskin şəkildə ləğvi ilə nəticələnir. Belaruslar, o cümlədən, Lukaşenko bunu başa düşürlər”, - Podolyak bildirib.

Ukrayna rəsmisinin sözlərinə görə, Lukaşenko bir tərəfdən ziyandadır, digər tərəfdən isə depressiyaya düşüb.

Müşavir vurğulayıb ki, Ukrayna Rusiyanın planlarını mükəmməl anlayaraq Belarusla sərhəddə vəziyyəti nəzarətdə saxlayır: “Ukraynada Belarusla sərhəddə müdafiə qüvvələri cəmləşib və hərbi təlimlər keçirilir. Orada minalanmış sahələr var və sərhədin perimetri yaxşı mühafizə olunur”.

“Belarusda hətta daxili üsyan da ola bilər. Bizim kifayət qədər ciddi hesab etdiyimiz ssenarilər var... Rusiya Belarusun hərbi hissələrində üsyan qaldırmağa və Lukaşenkodan hərbçilərə nəzarəti ələ keçirməyə çalışacaqlar. Biz Belarus istiqamətinə fəal şəkildə hazırlaşırıq, başa düşürük ki, Rusiya onu aktivləşdirməyə çalışacaq, lakin Rusiyanın hər gün şansları getdikcə azalır”, - Podolyak bildirib.

Qeyd edək ki, Ukraynanın Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirmişdi ki, Lukaşenko Belarusun Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədə iştirakından qorxur və bunun baş verməməsi üçün hər şeyi edəcək.

Ukrayna kəşfiyyatının məlumatına görə, Belarus Rusiyadan səfərbər edilmiş 20 min nəfəri döyüşə cəlb etməyi planlaşdırır. Onlar ayın sonunadək Belarusda yerləşən rus ordusunun hissələrində olmalıdırlar.(UNİAN)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam