Redaktor seçimi
"David Seliverstov“un israilli cütlüyə qarşı 200 minlik dələduzluğu –
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Günün xəbəri

Xarici kəşfiyyat şeflərinin Ankara görüşü –Təfərrüat açıqlandı

ABŞ-ın Rusiyadakı müvəqqəti işlər vəkili Elizabet Rudd noyabrın 14-də Ankarada Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Bill Börnslə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin arasında baş tutan görüşün təfərrüatlarını açıqlayıb.

Yenixeber.org: Diplomat görüşdə Ukrayna məsələsinin müzakirə edilmədiyini bildirib.

O qeyd edib ki, Moskva və Vaşinqtonun riskləri, xüsusən də nüvə risklərini idarə etmək üçün kanalları var. Diplomatın sözlərinə görə, Bernsin Narışkinlə görüşünün məqsədi məhz bu sual olub.

“Börns görüşdə Ukraynadakı münaqişənin həllini müzakirə etməyib”, - Rud söyləyib.

Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib ki, ölkələr arasında əlaqəni saxlamaq üçün noyabrın 14-də xarici kəşfiyyat xidmətlərinin rəhbərlərinin Türkiyədə görüşü baş tutub. Onun sözlərinə görə, iki ölkə nümayəndələri arasında təmaslar normal olub, Amerika tərəfi xüsusilə də Kremlin nüvə silahından istifadə ilə bağlı ritorikası fonunda rabitə kanallarının açıq qalmasına əmin olmaq istəyib./Teleqraf/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam