Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Strateji valyuta ehtiyatlarımız 60 milyard dollara yaxınlaşır -AÇIQLAMA

Azərbaycanın strateji valyuta ehtiyatları 60 milyard dollara yaxınlaşır

Bu ilin yanvar-noyabr aylarında qalıqlı tədiyə balansı şəraitində Azərbaycanın strateji valyuta ehtiyatları 12,3% və yaxud 6,5 milyard ABŞ dolları artaraq 59,8 milyard ABŞ dollarına çatıb.

Yenixeber.org: Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.

Məlumatda qeyd olunub ki, 9 ayda tədiyə balansının cari əməliyyatlar hesabında ümumi daxili məhsulun (ÜDM) 30.7%-i səviyyəsində profisit yaranıb. Sonrakı aylarda da xarici sektorda müsbət proseslər davam etmişdir. Ümumilikdə ilin 11 ayında tədiyə balansının əsas komponenti olan xarici ticarət balansında 23.5 milyard ABŞ dolları məbləğində və ya ötən ilin müvafiq dövrünə nəzərən 2.5 dəfə çox müsbət saldo yaranıb.

Bildirilib ki, 2022-ci ildə ölkədə iqtisadi fəallıq yüksək qalmış, onun perspektivləri ilə bağlı gözləntilər nikbin olub.  2022-ci ilin 11 ayında ümumi daxili məhsul real ifadədə 4.8%, o cümlədən qeyri-neft sektoru üzrə 9.2% artıb. Qeyri neft-qaz sektorunun ticari sahələri olan qeyri neft-qaz sənayesində 5.3%, kənd təsərrüfatında 3.4%-lik artım baş verib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam