Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Xankəndidə hazırlanan 25 avtobusun SİRRİ:separatçılar bu yolla qaçacaq

Ermənistan mediası Xankəndidə “mülki erməniləri” Laçın postuna gətirəcək avtobuslarla bağlı daha bir iddia irəli sürüb.

Yenixeber.org: Bu avtobusların əslində erməniləri Qarabağdan çıxarmaq üçün hazırlandığı deyilir.

“Hraparak” nəşri yazır ki, Xankəndinin mərkəzində 25 avtobus erməniləri Həkəri körpüsünə (Laçın postu bu körpüdədir) aparacaq: “Təbii ki, bunu “hökumət” (separatçılar) edir, əks təqdirdə, mövcud vəziyyətdə 25 avtobus ayırmazdılar. Lakin məsuliyyəti kim üzərinə götürəcək? Camaatı niyə sərhəd xəttinə aparırlar? Bunu başa düşmək olmur. Deyirlər, “biz dinc, silahsız” gedirik. Bu yürüşün məqsədi nədir?

Bu, ilk baxışdan macəra proqramı kimi görünsə də, elə deyil. İnsanların həyatını, taleyini düşünmədən məqsədyönlü şəkildə həyata keçirilən plandır. Və bəlkə də bu, yerdəyişmə, yaxud başqa bir proqramdır. “Artsax” rəhbərliyi öz yaxınlarını bu avtobuslara dolduracaq və Qarabağı tərk edəcəklər”.

Qeyd edək ki, separatçılar bir qrup ermənini Laçın postuna gətirməyə hazırlaşır.“Aksiya”nın məqsədinin Laçın postunun açılmasına nail olmaq olduğu haqda məlumatlar var. Lakin Ermənistan mediasında məqsədin başqa olduğunu və ya bu “aksiya”nın baş tutmayacağına dair fikirlər irəli sürülür.//Publika.az//


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam