Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Suriya hakimiyyəti Hizbullahı ittiham edir -SƏBƏB

Suriya hakimiyyəti ölkədə toqquşmalara görə Hizbullahı ittiham edib
Suriya hakimiyyəti ölkədə vəziyyətin gərginləşməsində Livanın Hizbullah Hərəkatını ittiham edib.

Yenixeberorg: Məlumata görə, Latakiya vilayətində təhlükəsizlik qüvvələrinin təmsilçisi Sacid ad-Dik Suriyada vəziyyətin gərginləşməsinin arxasında Hizbullahın dayandığını bəyan edib.

Qeyd edilib ki, Hizbullah və bəzi xarici dövlətlər sahilyanı rayonlarda Bəşər Əsəd tərəfdarlarna dəstək verir. Eyni zamanda Bəşər Əsəd rejimində yüksək vəzifə tutmuş 5 nəfərin saxlanıldığı da açıqlanıb.

Bəşər Əsədin devirməsindən sonra ən böyük silahlı qarşıdurma

Son günlərdə Suriyanın Aralıq dənizi sahilində yerləşən Latakiya, Tartus və Hüms əyalətlərində yeni administrasiya qüvvələri ilə keçmiş prezident Bəşər Əsədin tərəfdarları arasında toqquşmalar baş verib. Xüsusilə, Latakiya əyalətinin Cəblə şəhərində Əsəd tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında ən şiddətli döyüşlər qeydə alınıb.

Ölənlərin sayı 745 nəfərə çatıb

Ümumilikdə martın 6-dan indiyə qədər baş verən toqquşmalar nəticəsində 745 nəfər həlak olub. Bunlardan 532-si mülki şəxs, 213-ü isə silahlılar və təhlükəsizlik qüvvələrinin əməkdaşlarıdır. Bu toqquşmalar Suriyada Bəşər Əsədin devrilməsindən sonra baş verən ən böyük silahlı qarşıdurma olaraq qiymətləndirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam