Redaktor seçimi
"EVRASCON" ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:
Muzey direktoru Səhiyyə Nazirliyinə qarṣı: Ya Mən, ya heç kim. 300 illik eksponat isə yoxa çıxıb –
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
Günün xəbəri

Ermənistanın Aİ-yə qoşulmaq planları müzakirə ediləcək -FOTO

Astanada Aİİ sammiti keçirilir, Ermənistanın Aİ-yə qoşulmaq planlarının müzakirəsi gözlənilir
Astanada Ali Avrasiya İqtisadi Şurasının iclası keçirilir.

Yenixeberorg:com: Əvvəlcə Ali Avrasiya İqtisadi Şurasının məhdud tərkibdə iclası baş tutub.

İclasda Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan və Avrasiya İqtisadi Komissiyasının İdarə Heyətinin sədri Bakıtjan Saqintayev iştirak ediblər.

Rusiya tərəfindən iclasa baş nazirin müavini və Avrasiya İqtisadi Komissiyası Şurasının üzvü Aleksey Overçuk və prezidentin köməkçisi Yuri Uşakov iştirak edirlər.

Dövlət başçılarının bağlı qapılar arxasında Ermənistanın Avropa İttifaqına qoşulmaq planlarını müzakirə edəcəkləri gözlənilir.

Daha sonra iclas Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Kubanın vitse-prezidenti Salvador Valdes Mesa və İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Atabakın iştirakı ilə geniş tərkibdə davam etdirələcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam