Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

AB-dən İrəvana təcili yardım gəlir...

Avropa İttifaqı Ermənistana 30 milyon avro ayırdı
Avropa Birliyi Rusiyanın Ermənistanın kənd təsərrüfatı məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətlər fonunda bu ölkəyə 50 milyon avrodan çox təcili yardım paketi hazırlayır.
Yenixeberorg.com: Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığından sonra məlumat verib.
"Bu gün mən Baş nazir Nikol Paşinyanla Rusiyanın Ermənistana qarşı tətbiq etdiyi son məhdudiyyətlər barədə danışdım. Bu, iqtisadi məcburiyyətdən başqa bir şey deyil və qəbuledilməzdir. Moskva Ermənistan məhsullarına ixrac məhdudiyyətlərinin müddətini uzadaraq siyasi təzyiq göstərmək üçün iqtisadi münasibətlərdən silah kimi istifadə edir. Biz bu taktikanı çox yaxşı bilirik. Məhz buna görə Avropa Ermənistanı qətiyyətlə dəstəkləyir. Biz Avropa Birliyi (AB) tərəfindən dəstək tədbirləri paketi hazırlayırıq. O, 50 milyon avrodan çox məbləğdə təcili maliyyə yardımını ehtiva edir. Həmçinin bir sıra Ermənistan malları, xüsusən də aqro-ərzaq sektoru məhsulları üçün ticarətin asanlaşdırılması tədbirləri nəzərdə tutulub", - o deyib.
Fon der Leyen əlavə edib ki, AB İrəvanda keçirilən son sammitdə əldə edilmiş razılaşmalar çərçivəsində Avropa və Ermənistan müəssisələri arasında əlaqələri gücləndirməyə davam edəcək.
Onun sözlərinə görə, bu təşəbbüslərin daha da irəlilədilməsi iyunun 23-də keçiriləcək qarşılıqlı əlaqə məsələləri üzrə platformanın nazirlər görüşündə müzakirə ediləcək:
"Biz bütün bu istiqamətlər üzrə səmərəli koordinasiyanı təmin etmək üçün AB-Ermənistan birgə işçi qrupu yaratmaq barədə razılığa gəldik. Bu orqan bütün bu təşəbbüslərin, eləcə də gələcəkdəki hər hansı sonrakı tədbirlərin həyata keçirilməsinə nəzarət edəcək".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam