Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

İrana qarşı yeni əməliyyat başlayır? -AÇIQLAMA

İrana qarşı quru əməliyyat başlayır?

ABŞ Prezidenti Donald Tramp administrasiyası İrana qarşı hərbi əməliyyatların genişləndirilməsi variantlarını müzakirə edir.

Yenixeberorg.com: Bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.

Nəşrin yazdığına görə, Tramp Ağ Evdə keçirilən müşavirədə eskalasiyanın üç mümkün ssenarisini müzakirə edib.

Birinci variant İranın əsas neft ixrac mərkəzi hesab olunan Xarq adasının ABŞ qoşunlarının iştirakı ilə ələ keçirilməsini nəzərdə tutur.

İkinci ssenari İranın nüvə proqramı ilə əlaqələndirilən və indiyədək ABŞ tərəfindən hədəfə alınmayan “Piks-Mauntin” yeraltı kompleksinə aviazərbələrin endirilməsidir. Bildirilir ki, qranit süxurların altında təxminən 90–145 metr dərinlikdə yerləşən tunellər mövcud bunker əleyhinə bombalar üçün belə əlçatmaz ola bilər.

Üçüncü variant isə ABŞ-ın hava hücumlarının İranın enerji infrastrukturu obyektlərini də əhatə edəcək şəkildə genişləndirilməsini nəzərdə tutur.

WSJ-nin məlumatına görə, Donald Tramp hələlik bu variantlardan heç biri ilə bağlı yekun qərar verməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam