Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

“Facebook” və “Instagram” çökdü

facebook-ve-instagram-cokdu

Dünyanın ən böyük sosial media platformalarından olan “Facebook” və “Instagram” qlobal texniki nasazlıqla üzləşib.

Yenixeberorg.com: İstifadəçilər hesablarına daxil olmaq, lentləri yeniləmək və mesaj göndərmək zamanı problemlə qarşılaşırlar.

İstifadəçilərin bildirdiyinə görə, platformalara giriş zamanı ekranda “Hesab hazırda əlçatan deyil” xəbərdarlığı görünür. Bəzi istifadəçilər isə hesablarına daxil ola bilsələr də, lent yeniləmə və mesajlaşma funksiyalarının işləmədiyini qeyd edirlər.

“Meta” şirkətinin sistem mesajında problemin texniki nasazlıqla bağlı olduğu bildirilib: “Saytdakı problem səbəbindən hesabınız hazırda əlçatan deyil. Ümid edirik ki, bu problem tezliklə həll olunacaq. Zəhmət olmasa, bir neçə dəqiqədən sonra yenidən cəhd edin”.

Real vaxt rejimində texniki kəsintiləri izləyən “Downdetector” platformasının məlumatlarına əsasən, nasazlıq yalnız müəyyən bölgələrlə məhdudlaşmayıb və dünyanın müxtəlif ölkələrində istifadəçilərə təsir edib.

Hazırda “Meta” şirkəti kəsintinin səbəbi və platformaların nə zaman tam bərpa olunacağı ilə bağlı rəsmi açıqlama verməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam