Redaktor seçimi
Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır -
“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –
Elşən Salahov əslində kimi cəzalandırmalı idi –
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət -
Beyləqanda dövlətin pulu belə ƏZİZlənir -
Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -
AYNA-nın korrupsiya fəaliyyəti bizim aynamızda -
Şeyxin milyarder oğlu:
Günün xəbəri

Rusiyaya qarşı növbəti sanksiyalar gəlir

Avropa İttifaqı Rusiyaya qarşı 16-cı sanksiyalar paketi üzərində işləyir -  AZƏRTAC
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa İttifaqının Rusiyaya qarşı 21-ci sanksiyalar paketi üzrə razılığa gəldiyini açıqlayıb.

Yenixeberorg.com: Ursula fon der Lyayen bu barədə "X" hesabında paylaşım edib.

"Rusiyaya qarşı 21-ci sanksiyalar paketi üzrə əldə olunan razılaşmanı alqışlayıram", - deyə o bildirib.

Fon der Lyayenin sözlərinə görə, Ukraynanın hərbi sahədə irəliləyiş əldə etdiyi bir vaxtda Aİ-nin sanksiyaları Rusiyanın müharibə səylərinin iqtisadi əsaslarını zəiflətməyə davam edir.

Yeni sanksiyalar paketi çərçivəsində daha 32 Rusiya bankı əməliyyat qadağası siyahısına daxil ediləcək. Həmçinin kriptovalyuta şirkətləri və neft ticarəti platformalarına qarşı da məhdudiyyətlər tətbiq olunacaq.

Bundan əlavə, ilk dəfə olaraq Rusiyanın "kölgə donanması"na yardım edən gəmilər hədəfə alınacaq. Eyni zamanda, Rusiya döyüşçülərinin Avropa İttifaqına girişinin rəsmi şəkildə qadağan edilməsi istiqamətində mühüm addım atılıb.

Avropa Komissiyasının sədri əlavə edib ki, Rusiyanın müharibə maşınının bazardakı qiymət dəyişikliklərindən faydalanmasının qarşısını almaq məqsədilə neftin qiymət tavanına dair tənzimləmənin bir il müddətinə dondurulması qərara alınıb.

Fon der Lyayen razılaşmanın əldə olunmasına verdiyi töhfəyə görə Avropa İttifaqı Şurasına sədrlik edən İrlandiyaya təşəkkür edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam